Merz: Ukraynanın özünü müdafiə etmək üçün başqa vasitəsi qalmayıb
Almaniyanın kansleri Fridrix Merz Ukraynanın Rusiyanın müharibə aparmaq imkanlarını zəiflədən hədəflərə zərbələr endirməsini başadüşülən və əsaslı hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Merz bu barədə açıqlamasında danışıb.
Kanslerin sözlərinə görə, Ukraynanın hücumları Rusiyanın hökumətinin və ordusunun müharibə aparmaq imkanlarına təsir edən obyektləri, o cümlədən kommunikasiya və enerji təchizatı infrastrukturu hədəf alır.
Merz vurğulayıb ki, Ukraynanın bu addımları Rusiyaya ölkənin özünü müdafiə etməyə həqiqətən hazır olduğunu göstərmək üçün istifadə edə biləcəyi vasitələrdəndir.
20:26 16.10.2026
Oxunuş sayı: 134