Ukraynanın Surqut qaz emalı zavoduna zərbə endirdiyi bildirilir
Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində yerləşən Surqut qaz emalı zavoduna zərbə endirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Exilenova+” məlumat yayıb.
“Qazprom”a məxsus müəssisə qaz kondensatını emal edir, avtomobil və aviasiya yanacağı istehsal edir. Zavodun layihə üzrə illik emal gücü 12 milyon ton xammal təşkil edir.
Məlumata görə, Xantı-Mansi Muxtar Dairəsi – Yuqra və Yamalo-Nenets Muxtar Dairəsində dron təhlükəsi elan edilib.
19:24 16.10.2026
Oxunuş sayı: 60