Tuskdan Avropaya çağırış: Ukraynaya dəstəyi gücləndirin
Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya ilə bağlı mövqeyindəki dəyişiklik fonunda Avropanın Kiyevə dəstəyini daha da artırmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tuskun sözlərinə görə, Avropa ölkələrinin Ukraynaya dəstəyi yalnız həmrəylik nümayişi və ya bu ölkəyə rəğbətlə bağlı deyil.
Polşa hökumətinin başçısı vurğulayıb ki, bir çox ölkə Ukraynanın məğlubiyyətinin bütün Avropa üçün ciddi nəticələrə səbəb ola biləcəyini anlayır.
Tusk qeyd edib ki, Ukraynaya dəstək Avropanın öz təhlükəsizliyini qoruması baxımından da vacibdir.
22:30 16.10.2026
Oxunuş sayı: 185