Tramp: Zelenski ilə bağlı bəzi detalları açıqlayacağam
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı məsələyə dair bəzi detalları gələcəkdə açıqlayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp jurnalistin Rusiya Prezidenti Vladimir Putinin müharibəyə başladığını xatırladaraq Zelenskinin vəzifədən getməsini istəyib-istəmədiyi barədə sualını cavablandırıb.
ABŞ prezidenti sualın təfərrüatlarını bildiyini deyib və uyğun vaxtda bunları açıqlayacağını qeyd edib.
21:56 16.10.2026
Oxunuş sayı: 186