Papa XIV Leo Putinlə telefon danışığında atəşkəsə çağırıb
Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Papa Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərindəki ağır humanitar vəziyyətdən dərin narahatlığını ifadə edib.
XIV Leo ərzaq və tibbi yardımın çatdırılmasını, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz təxliyəsini təmin etmək üçün atəşkəsə çağırıb.
Söhbətin sonunda Papa Müqəddəs Taxt-Tacın dialoqun və sülhün təşviqinə dəstək vermək öhdəliyini bir daha təsdiqləyib.
20:53 16.10.2026
Oxunuş sayı: 56