Makron: Ukraynaya dəstək Fransanın təhlükəsizlik maraqlarına xidmət edir
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yardımın xoşməramlılıq məsələsi deyil, Avropanın və Fransanın təhlükəsizliyi baxımından zərurət olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Makronun sözlərinə görə, Ukraynaya dəstək Avropa ölkələrinin yekdil mövqeyidir və ümumi təhlükəsizlik maraqları ilə bağlıdır.
Fransa lideri təslim olmağı zəiflik kimi qiymətləndirərək, zəifliyin təhlükə yaratdığını vurğulayıb.
Makron qeyd edib ki, bu gün Fransa xalqının təhlükəsizliyini qorumağın ən yaxşı yollarından biri Ukraynaya dəstəyi davam etdirməkdir. O, Ukraynanı Avropanın təhlükəsizliyinin ön cəbhəsində dayanan ölkə kimi xarakterizə edib.
22:14 16.10.2026
Oxunuş sayı: 154