Elm Fondu 4-cü Azərbaycan-Türkiyə beynəlxalq qrant müsabiqəsini elan edib

Azərbaycan
Elm Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası
(TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və
Türkiyə alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini
təqdim etməyə dəvət edir.
4-cü
Azərbaycan-Türkiyə (“AzTürk-4”) beynəlxalq qrant müsabiqəsinin məqsədi
Azərbaycan və Türkiyədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə
elmi-tədqiqat layihələrinin Elm Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə
dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması,
yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi,
layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.
Crossmedia.az-a daxil olan məlumata görə, müsabiqə
çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ,
nəzəri xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr
maliyyələşdiriləcək.
Müsabiqədə
iştirak etmək üçün layihələr 04 avqust 2025 – 04 noyabr 2025 il tarixləri
arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2026-ci ildə açıqlanması
planlaşdırılır.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://aef.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.
12:03 31.07.2025
Oxunuş sayı: 1381