Nazirlər Kabineti “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib

Nazirlər
Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin
humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.
Crossmedia.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara
əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman
vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini
gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim
etməlidirlər. İndiyədək Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyasının razılığı tələb olunurdu.
15:30 28.07.2025
Oxunuş sayı: 1082