Türkiyədə zəlzələ baş verib

Türkiyənin Bingöl vilayətidə 4,3 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 21:14-də Bingöl vilayətinin Kiğı rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeraltı təkanların təxminən 14 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alan olmayıb.
Aybəniz Səfərova
21:45 29.05.2025
Oxunuş sayı: 1005