Rusiyanın Rostov-na-Donu şəhərindəki müəssisədə böyük yanğın baş verib
Rusiyanın Rostov-na-Donu şəhərində, ehtimal ki, “Aksaykardandetal” zavodunun ərazisində böyük yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Exilenova+” məlumat yayıb.
Məlumata görə, müəssisə metal emalı, ştamplama və metalların termiki emalı üzrə ixtisaslaşıb.
Bu texnologiyalar müxtəlif növ texnikalar, o cümlədən hərbi təyinatlı vasitələr üçün ehtiyat hissələrinin istehsalında istifadə oluna bilər.
Yanğının səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
22:23 13.10.2026
Oxunuş sayı: 55