Lukaşenko Latviyaya silahlı qrupun daxil olması xəbərini təkzib edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Latviyaya silahlı qrupun daxil olması ilə bağlı məlumatı qurama adlandırıb və hadisənin Belarusla əlaqəsi olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə açıqlamasında danışıb.
“Bununla heç bir əlaqəmiz yoxdur. Guya biz onların ərazisinə daxil olmuşuq. Maskalı insanlar, hərbçilər kimisə tutub, ələ keçirib və ya hansısa miqrant qrupunu ora itələyiblər. Bundan böyük cəfəngiyat uydurmaq mümkün deyil”, – deyə Belarus Prezidenti bildirib.
20:20 13.10.2026
Oxunuş sayı: 56