Ana və oğul iki saat fərqlə ürəktutmasından vəfat edib
Türkiyənin Malatya şəhərində 65 yaşlı Rabia Bozkurt və onun 35 yaşlı oğlu Mehmet Bozkurt cəmi iki saat fərqlə ürəktutmasından dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Rabia Bozkurt səhər yeməyi zamanı ürəktutması keçirərək vəfat edib. Anasının ölüm xəbərini Antalyada yaşayan oğluna çatdırıblar.
Anasının vəfat etdiyini öyrənən 35 yaşlı Mehmet Bozkurt da ürəktutması keçirib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, üç uşaq atası olan Mehmetin həyatını xilas etmək mümkün olmayıb. O, anasının ölümündən cəmi iki saat sonra dünyasını dəyişib.
Ana və oğulun yan-yana dəfn ediləcəyi bildirilib.
23:06 13.10.2026
Oxunuş sayı: 42