Cəbrayılda əmək yarmarkası təşkil olunacaq
Cəbrayıl rayonunun Şükürbəyli kəndində oktyabrın 14-də əmək yarmarkası keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbiri saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.
Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, həmçinin Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak etmək istəyən namizədlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur.
21:35 13.10.2026
Oxunuş sayı: 45