Misir Səudiyyə Ərəbistanına hərbi dəstək göstərə bilər
Misir husilərin hücumlarının intensivləşməsi fonunda Səudiyyə Ərəbistanına hər cür dəstək, o cümlədən hərbi yardım göstərməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati “Bloomberg”ə müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, Qahirə Ər-Riyadın tələb edəcəyi istənilən yardımı heç bir şərt irəli sürmədən göstərməyə hazırdır.
Əbdülati, həmçinin Misirin birgə müdafiə məqsədi daşıyan Məkkə sazişinə qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Hazırda sazişdə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan iştirak edir.
19:56 13.10.2026
Oxunuş sayı: 46