ABŞ-də atraksionda ölən müəllimin son paylaşımı diqqət çəkib
ABŞ-nin Atlanta şəhərindəki əyləncə parkında “Goliath” sürətli qatarından yıxılaraq həyatını itirən 42 yaşlı müəllim Həsən Cihad İbn Kərimin ölümündən iki gün əvvəl yazdığı mesaj diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, müəllimin əl işi ilə hazırladığı fincanaltı ilə bağlı paylaşımında işlətdiyi ifadələr onun ölümündən sonra fərqli məna kəsb edib. Hadisədən sonra paylaşımda istifadə olunan sözlərlə faciə arasında diqqətçəkən təsadüf olduğu bildirilib.
Bununla belə, müəllimin paylaşımında konkret hansı ifadələrdən istifadə etdiyi ilkin məlumatda açıqlanmayıb.
23:56 13.10.2026
Oxunuş sayı: 52