Zarafatla lotereya qazandığını dedi, iki həftə sonra 1 milyon funt qazandı
İngiltərədə üç uşaq anası olan 36 yaşlı qadın həyat yoldaşına lotereyada böyük məbləğ udduğunu zarafatla dedikdən cəmi iki həftə sonra həqiqətən 1 milyon funt sterlinq qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Peterboro şəhəri yaxınlığındakı Uittlsi qəsəbəsində yaşayan Şarlott Pirt həyat yoldaşı Danielə qaşıma lotereya biletindən 250 min funt sterlinq qazandıqlarını deyib. Lakin bir müddət sonra bunun sadəcə zarafat olduğunu açıqlayıb.
Ancaq hadisədən cəmi iki həftə sonra cütlük “National Lottery” lotereyasında həqiqətən böyük məbləğ qazandıqlarını öyrənib. Bu dəfə onların qazancı 1 milyon funt sterlinq olub.
Cütlüyün yaşadığı ərazi də diqqət çəkib. Peterboro “National Lottery” tərəfindən İngiltərənin ən şanslı 10 məkanından biri kimi göstərilib.
19:09 13.10.2026
Oxunuş sayı: 51