Səudiyyə Ərəbistanı Yəmənlə münaqişədə İraqın vasitəçiliyinə ümid edir
Səudiyyə Ərəbistanı Yəmənlə uzun müddətdir davam edən münaqişənin həlli üçün İraqa müraciət edərək vasitəçilik göstərməsini istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əhd” nəşri İraqın baş nazirinin ofisinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ər-Riyadın təşəbbüsü İraqın Baş naziri Əli Falih əz-Zeydinin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri zamanı ətraflı müzakirə olunacaq.
Məlumata əsasən, Bağdad artıq Səudiyyə tərəfinin vasitəçiliyə razı olduğunu göstərən müvafiq siqnallar alıb. Məqsəd münaqişənin daha da kəskinləşməsinin qarşısını almaqdır.
Ər-Riyadla Yəmən arasında münaqişənin 11 ildən artıqdır davam etdiyi bildirilir. Son dövrlərdə isə Səudiyyə Ərəbistanının mühüm obyektlərinə, o cümlədən “Aramco” neft şirkətinin infrastrukturuna, strateji hərbi komplekslərə, dövlət obyektlərinə, eləcə də Ər-Riyad və ölkənin digər bölgələrində yerləşən iri hava limanlarına endirilən zərbələr fonunda vəziyyətin daha da gərginləşdiyi iddia olunur.
20:56 13.10.2026
Oxunuş sayı: 42