Xəzər İbrahim ABŞ-də Azərbaycanın dini tolerantlıq ənənələrindən danışıb
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ölkəsinin müxtəlif dini və etnik icmalar arasında sülh şəraitində birgəyaşayış ənənələrini vurğulayıb, dinlərarası harmoniyanın təşviqinə sadiqliyini diqqətə çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi“X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Xəzər İbrahim Amerika Dini Azadlıq Mərkəzinin ABŞ-nin Arizona ştatında təşkil etdiyi inanc və icma liderlərinin toplantısında iştirak edib.
Görüş zamanı dinlərarası dialoq, dini harmoniya və multikulturalizm məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanla ABŞ arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
19:39 13.10.2026
Oxunuş sayı: 108