Avropa Trampın Rusiya ilə dizel razılaşmasına niyə sərt reaksiya verməyib?
Avropa və Böyük Britaniya rəsmiləri ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının alınması barədə razılığa gəldiyini açıqlamasından təəccübləniblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa liderləri diplomatik böhran şəraitində Ukraynaya dəstək verməklə yanaşı, Donald Trampın narazılığına səbəb olmamaq dilemması ilə üzləşiblər.
Nəticədə Avropa liderləri ABŞ-ı birbaşa tənqid etməkdən çəkiniblər. Onlar Rusiyaya münasibətdə əvvəlki mövqelərini qoruduqlarını və Kiyevə dəstəklərini davam etdirdiklərini bildiriblər.
20:32 13.10.2026
Oxunuş sayı: 46