Rostov vilayətinə PUA hücumu: 7 nəfər yaralanıb
Rusiyanın Rostov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 7 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar bu barədə məlumat verib.
Hücum nəticəsində Rostov-na-Donu və Aksay şəhərlərində yaşayış binalarına ziyan dəyib.
Bundan başqa, Rostov-na-Donu və Rostov vilayətində DNS, Ozon və “Çijik” şirkətlərinə məxsus logistika mərkəzləri də zərər görüb.
Yaralanan 7 nəfərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
12:54 29.08.2026
Oxunuş sayı: 49