Tramp İranla danışıqları dayandırmağı əmr edib
ABŞ Prezidenti Donald Tramp administrasiyanın yüksək vəzifəli nümayəndələrinə İranla danışıqları dayandırmaq göstərişi verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, Ağ Ev yaxın zamanda siyasi müttəfiqlərinə strategiyanın dəyişdiyini bildirib. ABŞ-nin yanaşmasının İrana dərhal zərbə endirməkdən ölkəyə uzunmüddətli təzyiq göstərmək istiqamətinə keçdiyi qeyd olunur.
Bildirilib ki, Trampın danışıqlar komandasında yer alan vitse-prezident Cey Di Vens, xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerə Tehranla əlaqə saxlamamaq tapşırığı İranla bir sıra müsbət müzakirələrdən sonra verilib.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp hələ də İranın onun tələblərinə güzəştə getməməsindən narazıdır.
Mənbələr bildiriblər ki, ABŞ prezidenti İranın Omanla Hörmüz boğazından keçidlərin tənzimlənməsi ilə bağlı hazırladığı razılaşmanın mümkün konturlarından da narahatdır.
ABŞ rəsmilərinin məlumatına görə, Vaşinqton yaxın günlərdə İrana qarşı yeni sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.
23:09 19.08.2026
Oxunuş sayı: 55