Politoloq: Tramp müharibədən yorulub və çıxılmaz vəziyyətə düşüb
Amerikalı politoloq Con Mirşaymer ABŞ Prezidenti Donald Trampın müharibədən yorulduğunu və ümidsizliyinin onun davranışlarını daha da gözlənilməz etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mirşaymerin sözlərinə görə, Trampın bir çox açıqlamaları açıq faktlarla ziddiyyət təşkil edir.
“Onun hətta ABŞ-lə dost olan və İranla ABŞ arasında vasitəçilik etməyə çalışan Omanı da vurmaq barədə danışdığını görürük. Düşünürəm ki, o bunu ümidsizlikdən edir və bu vəziyyət onun ən pis xüsusiyyətlərini üzə çıxarır”, - politoloq bildirib.
20:07 19.08.2026
Oxunuş sayı: 53