Energetika

Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel təşkil edib.

Crossmedia.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 7 min barel və ya 1,4 % azalıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabr ayında faktiki hasilat 69 min barel geriləyib.

OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.

2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il