Ekologiya

Milli Hidrometeorologiya Xidməti noyabrın 3-ü axşamdan başlayaraq noyabrın 4-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində arabir yağıntıların olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Gülnarə Abbasova bildirib ki, bəzi bölgələrdə leysan xarakterli intensiv yağıntılar, dolu və dağlıq ərazilərdə qar yağması ehtimal olunur.

O qeyd edib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz, o cümlədən Lənkəran-Astara bölgəsində bəzi çaylarda qısamüddətli daşqın və sel gözlənilir.

"Xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli yağıntıların yaratdığı sel təhlükəsinə görə əhalini ehtiyatlı olmağa və hava şəraiti ilə bağlı xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq," - deyə Abbasova vurğulayıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il