Ekologiya

Kür və Araz çayları Azərbaycanın ən mühüm su təchizatı mənbələri və ekosistemləri arasında yer alır. Bu çaylar yalnız yerli əhali üçün su təmin etməklə qalmır, həm də təbii həyat üçün əvəzolunmaz resurslar təqdim edir. Lakin son dövrlərdə bu çayların ekoloji vəziyyəti ciddi təhdidlər altında qalır. Su çirklənməsi, su mənbələrinin azalması və qlobal iqlim dəyişikliyinin təsirləri, bu çayların ekosistemini zədələyir. Eyni zamanda, Xəzər dənizindəki bioloji müxtəliflik də sürətlə tükənməkdədir və bu, regionun ekoloji balansını pozur.

Belə şəraitdə, Kür və Araz çaylarının ekoloji vəziyyətinin yaxşılaşdırılması və Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması məqsədilə xüsusi ekoloji layihələrin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, Kür və Araz çaylarında ekoloji vəziyyəti yaxşılaşdırmağın əsas istiqaməti 2 cürdür:

    1. Həmin çaylara tökülən çirkab sularının tamamilə dayandırılması.

    2. Çaylardan götürülən suların minimuma endirilməsi. 

Əlbəttə ki, sözlə demək nə qədər asan olsa da, hər iki istiqamətdə iş görmək kifayət qədər çətindir. Çünki çayların ekoloji şəraitinin yaxşılaşdırılması uzunmüddətli tədbirlərin həyata keçirilməsini tələb edir.

Ekoloqun sözlərinə görə, çirklənmədən və su götürülməsindən danışarkən biz həm transsərhəd həm də yerli təsirləri nəzərə almalıyıq. Transsərhəd təsirlər, əsasən, Gürcüstan, Ermənistan və İrandan gəlir. Burada çay suları kifayət qədər çirklənir. Çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur və bunun da nəticəsində ekosistemdə yaşayış mühiti pisləşir. Yerli miqyasda isə əlbəttə ki, çirklənmənin əsas səbəbi məişət sularıdır, bu daha çox böyük yaşayış məntəqələrinin çaylara yaxın yerləşdiyi ərazilərdə olur.

Çay sularının götürülməsinə gəlincə isə transeral miqyaslarda bizimlə sərhəd olan ölkələrdə iri su təsarufatının tədbirlərinin həyata keçirilməsi gözlənilir. Bu Azərbaycana gələcəkdə suyun getdikcə azaldılması deməkdir digər tərəfdən biz həmdə Azərbaycanda suya olan tələbatın nəticəsində həm kür çayından, həm də Araz çayının qollarından götürülən suları artırmışıq lazmdır ki, bu suların götürülməsi azaldılsın və biz az sulu bir iqtisadiyyata malik olaq iqlim dəyişmələri nəticəsində bu təsir getdikcə daha da artır. O qeyd edir ki, çayların sululuğu həmdə iqlim dəyişməsi nəticəsində azalır. Çox yaxşı olar ki, Avropa su direktivinində nəzərdə tutduğu tələbləri biz tədricən həyata keçirək və çayların ekoloji axımlarının qorunması həm yerli miqyasda həm də transsərhəd miqyasda təmin olunsun bu bizə imkan verər ki çay ekosillərinidə bərpa edə bilək.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il