Ekologiya

Dövlət Ekoloji Ekspertiza Agentliyində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-"COP29" ilə əlaqədar ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların cari vəziyyətinin öyrənilməsi məqsədilə növbəti ictimai dinləmə baş tutub.

Crossmedia.az xəbər verir ki, ictimai dinləmədə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonları üzrə götürülməsi zəruri olan ağaclarla bağlı online ictimai müzakirə keçirilib.

Qeyd edilib ki, rayon icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə mövsümü aqrotexniki işlərin görülməsinin təmin edilməsi, qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacların götürülməsi istiqamətində görüləcək işlər müzakirə edilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qeyd edib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. O qeyd edib ki, dövlət tərəfindən ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilir.

İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb.

Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər.

İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və müstəqil ekoloqların təklifləri dinlənilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il