CROSSMEDIA - Analitik İnformasiya Portalı

Humanitar

16:08 08.10.2026

AzCAR Kanadada Azərbaycan mədəniyyətini müxtəlif layihələrlə tanıdır

55

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının (AzCAR) təşkilatçılığı ilə Recayna Universitetində “Azərbaycanı kəşf edək: mədəniyyət və ənənələr” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın zəngin mədəni irsi, ailə və icma dəyərləri, milli adət-ənənələri, bayramları və qonaqpərvərliyi barədə ətraflı məlumat verilib. Gündəlik həyatımızda mühüm yer tutan müxtəlif adətlərin yaranma tarixi və onların müasir dövrdə qorunaraq yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan mədəniyyətinə böyük maraq göstərən iştirakçılar çoxsaylı suallar ünvanlayıb, ölkəmizlə bağlı fikir və təəssüratlarını bölüşüblər. AzCAR-ın növbəti təşəbbüsü Saskaçevan Mədəniyyət Günləri çərçivəsində Kanadanın Ağ Şəhər İctimai Kitabxanasında həyata keçirilib. Burada Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub və ölkəmizin zəngin kulinariya ənənələri nümayiş etdirilib. Soydaşlarımızın hazırladığı Azərbaycan mətbəxinin ləziz təamları tədbir iştirakçılarının böyük marağına səbəb olub. Proqramın ən yaddaqalan hissələrindən biri isə dolmanın hazırlanmasına həsr olunan interaktiv seminar olub. İştirakçılar bu prosesə yaxından qatılaraq həm praktiki təcrübə əldə edib, həm də Azərbaycan mətbəxinin daha bir nümunəsi haqqında yeni məlumatlar öyrəniblər. Onlar belə təşəbbüslərin müxtəlif icmalar arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Tədbir barədə Kanadanın “Grasslands News” qəzetində “Yemək bişirmə dərsi Ağ Şəhər sakinlərini Azərbaycan mədəniyyəti ilə tanış edir” (“Cooking class introduces White City to Azerbaijani culture”) başlıqlı məqalə dərc olunub. Yazıda AzCAR-ın Recayna və ətraf ərazilərdə Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə də diqqət yetirilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR