Keçmiş prezidentin oğluna 4 il həbs cəzası verilib
Qırğızıstan Sosial-Demokrat Partiyasının (SDPK) lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadyr Atambayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Bişkekin Pervomayski Rayon Məhkəməsinin dəftərxanasına istinadən məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Atambayevin əmlakı da müsadirə ediləcək.
Məhkəmə prosesi Bişkekdə qapalı keçirilirib. İş SDPK nümayəndələrinin kütləvi iğtişaşların təşkili və hakimiyyəti zorla ələ keçirməyə hazırlıqla bağlı ittihamlarını əhatə edir.
Eyni iş üzrə partiyanın digər lideri Temirlan Sultanbekov 7 il müddətinə azadlıqdan məhrum edilib.
14:48 08.10.2026
Oxunuş sayı: 135