Paşinyandan Azərbaycan əsgəri ilə bağlı SƏRT AÇIQLAMA: “Cəzasını Ermənistanda çəkəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan Şakidə saxlanılan Azərbaycan hərbçisinin işi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bildirib ki, hərbçinin işi Ermənistanın hüquq sistemi çərçivəsində araşdırılacaq və məhkəmənin qərarı əsasında cəza müəyyənləşəcək. O qeyd edib ki, əgər Azərbaycan hərbçisi azadlıqdan məhrum edilərsə, cəzasını Ermənistan ərazisində çəkəcək.
Baş nazir həmçinin bildirib ki, hərbçi ilə bağlı Azərbaycanda da cinayət işi başlanıb, lakin Ermənistanın açdığı cinayət işi üzrə hüquqi prosedurlar Ermənistanda həyata keçiriləcək. Armenpress
Qeyd edək ki, Azərbaycan hərbçisi Nasimi Musayev sentyabrın 29-da xidmət yerini tərk etdikdən sonra itkin düşüb və oktyabrın 1-də Ermənistanın Şaki kəndində saxlanılıb. Ermənistan tərəfinin məlumatına görə, onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
14:16 08.10.2026
Oxunuş sayı: 61