Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub
Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub.
Crossmedia.az-ın məlumatına görə, "Zəngəzur" səfərdə "Difai"ni 3:1 hesabı ilə məğlub edib.
"Marafon" evdə "Dinamo"nu 3 cavabsız qolla yenib. "Kür-Araz" isə səfərdə "Şirvan" üzərində 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" doğma meydanda "Şəki"ni 12:0 hesabı ilə məğlub edib. "Şəmkir" isə evdə "Ağstafa Gəncləri"nə uduzub - 1:5.
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.
16:50 08.10.2026
Oxunuş sayı: 47