Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir.
Sənəddə eləcə də qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.
Bəyanatda dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
12:22 08.10.2026
Oxunuş sayı: 61