Zaxarova: Ukraynada “korrupsiya ilə mübarizə”dən yalnız korrupsiya qalıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynada korrupsiyaya qarşı mübarizənin nəticəsiz qaldığını iddia edib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” Zaxarovanın açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Ukraynada korrupsiyaya qarşı mübarizədən danışıldığı halda, hazırda ortada yalnız korrupsiya qalıb.
O, fikirlərini əsaslandırmaq üçün sentyabr ayında dərc olunan Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusunun nəticələrinə istinad edib. Zaxarova bildirib ki, sorğu Ukraynada korrupsiyanın geniş yayıldığını göstərir.
Rusiya XİN sözçüsü həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskini ölkədə televiziya yayımının məhdudlaşdırılması ilə bağlı tənqid edib.
14:57 08.10.2026
Oxunuş sayı: 55