Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əliyeva Aynur Ədalət qızı Mərkəzi Mühasibatlıq və Təyinat filialının Mühasibat uçotu, təhlil və hesabatlıq şöbəsinin müdiri təyin edilib.
15:46 08.10.2026
Oxunuş sayı: 178