NATO-nun 32 hərbi rəhbəri Kiyevə gizli səfər edib
NATO-nun Hərbi Komitəsinin üzvləri Ukraynanın paytaxtı Kiyevdə gizli görüşlər keçirib. Görüşlərin mövzusu və detalları açıqlanmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone bildirib ki, oktyabrın 6-da Alyansa üzv olan 32 ölkənin hərbi rəhbərlərinin hamısı gizli şəkildə Ukraynaya səfər edib.
NATO daha əvvəl Hərbi Komitənin Ukraynaya səfər edəcəyini açıqlasa da, səfərin dəqiq vaxtı və gündəliyi barədə məlumat verməmişdi.
Qeyd edək ki, NATO-nun Hərbi Komitəsi Şimali Atlantika Şurası da daxil olmaqla, Alyansın əsas siyasi və hərbi strukturlarına strateji və hərbi məsələlər üzrə məsləhətlər verir.
14:40 08.10.2026
Oxunuş sayı: 103