İran millisinin iki oyunu BİRDƏN ləğv edildi – səbəb nədir?
İran milli futbol komandasının keçirilməsi planlaşdırılan iki yoldaşlıq oyunu baş tutmayacaq.
Crossmedia.az xəbər verir ki, İran Futbol Federasiyasının direktorlar şurasının üzvü Əli Xatirin sözlərinə görə, Türkmənistan hökuməti İran millisi ilə yoldaşlıq görüşünün keçirilməsinə icazə verməyib.
Xatir bildirib ki, matçın təşkili ilə bağlı Türkmənistan millisinin baş məşqçisi ilə əlaqə saxlayıb. Baş məşqçi isə İran komandası ilə hər hansı oyunun keçirilməsinə icazə verilmədiyini deyib.
Bununla yanaşı, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac Qvineya-Bisau millisinin də İranla yoldaşlıq görüşündən imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər matçın keçirilməsi barədə razılığa gəlsələr də, Qvineya-Bisau Federasiyası daha sonra hökumətin görüşə icazə vermədiyini bildirib.
Beləliklə, İran millisinin Türkmənistan və Qvineya-Bisau ilə planlaşdırılan yoldaşlıq oyunları ləğv edilib.
14:11 08.10.2026
Oxunuş sayı: 45