Rubio: ABŞ Yunanıstanla Türkiyə arasında müharibəyə imkan verməz
ABŞ Yunanıstanla Türkiyə arasında hərbi münaqişəyə imkan verməyəcək və belə bir ssenarini “ağlasığmaz” hesab edir. Crossmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə açıqlamasında bu barədə danışıb.
Rubio hər iki ölkənin NATO müttəfiqi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Yunanıstan və Türkiyə arasında mümkün münaqişə nə bu ölkələrin, nə də ABŞ-ın maraqlarına xidmət edər.
Dövlət katibi belə bir qarşıdurmanın baş verəcəyinə inanmadığını bildirib. O, Vaşinqtonun iki ölkə arasında yaranan gərginliyin şəxsi diplomatik kanallar vasitəsilə həllinə üstünlük verdiyini qeyd edib.
14:12 08.10.2026
Oxunuş sayı: 53