Prezident: Azərbaycan yaşıl enerji dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla iş aparır
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında energetika sahəsi xüsusi yer tutur.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
"Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Ölkəmizin ərazisindən Türkmənistan və Qazaxıstan nefti nəql edilir, bu daşımaların həcmi artır. Bərpa olunan enerji sahəsində əməkdaşlığımız ardıcıl olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması üzrə birgə iş aparırıq", - dövlət başçısı qeyd edib.
11:08 08.10.2026
Oxunuş sayı: 144