Gündəm

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana Bakının İrəvana qarşı iddiasında əks arqumentlər təqdim etmək üçün 2025-ci il noyabrın 12-dək vaxt verib.

Crossmedia.az xəbər verir ki, söhbət Azərbaycanın 2021-ci il sentyabrın 23-də Ermənistana qarşı qaldırdığı 1996-cı il sentyabrın 15-dən əvvəl baş vermiş Birinci Qarabağ müharibəsi hadisələri ilə bağlı iddiadan gedir. 

Bakı İrəvanı Azərbaycan vətəndaşlarına irqi və milli mənsubiyyətinə görə ayrı-seçkilik etməkdə ittiham edir. Ermənistan bundan əvvəl apellyasiya şikayəti verərək, vəziyyətin məhkəmənin yurisdiksiyasından kənarda olduğunu bildirsə də, hakimlər işin bütün hallarını nəzərdən keçirdikdən sonra prosesin bərpasına qərar veriblər.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il