Gündəm

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idi. Qarşıda hələ işğal altında olan bir çox ərazilərimizin qaytarılması da baş tutacaqdı...

Bu gün Ağdam günüdür...

"Cross Media" Təhlil Mərkəzinin eksperti, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün çox önəmli bir tarixdir: “2020-ci ilin bu günündə Ağdam rayonu, Ağdam şəhəri bir güllə belə atılmadan Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti, onun Ali Baş Komandan kimi əldə etdiyi möhtəşəm hərbi zəfərlər və Azərbaycan dövlətinin ordusunun, xalqının gücü erməniləri məcbur etdi ki, onlar sənədə imza atsınlar. Ağdam bir güllə belə atılmadan azad edildi. Orada Azərbaycan bayrağı dalğalandı və nəhayət ki, bizim 30 ilə yaxın o həsrətə, acıya, faciəli məqamlara son qoyuldu. Bu gün quruculuq abadlıq işləri gedir, Ağdam bərpa edilir. Amma ermənilər onu darmadağın etmişdi. Daşı daş üstə qoymamışdılar. Yəni o gözəl Ağdamdan, Azərbaycanın o dilbər guşəsindən əsər əlamət qalmamışdı”.

Siyasi şərhçi qeyd edib ki, Ağdam Azərbaycanın minalarla çirkləndirilmiş ərazilərindən bəlkə də birincisidir. Politoloqun sözlərinə görə, həmin ərazilərdə 10 minlərlə minalar basdırılıb.

“Siz təsəvvür edin ki, ermənilər Ağdamı elə dağıdıblar ki, insanlar öz evlərini tapa bilmirdilər. Xarabalıqlar arasında heç nəyi müəyyən etmək olmurdu. Biz belə dəhşətli hadisələrdən keçmişik.

Bu gün Ağdam azaddır. Bundan sonra da biz bu kimi hadisələrlə qarşılaşmayacağıq. Çünki bizim güclü liderimiz var”-deyə bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il