Amerika

Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və aclıqdan ölənlərin qarşısının alınmasını tələb edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ tərəfindən veto edilib. Bu, Amerikanın Qəzzaya qoyduğu dördüncü veto idi.  Bəs ABŞ-nin Qəzza ilə bağlı atəşkəs qətnamələrini dəfələrlə veto etməsinin səbəbi nədir?

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki:

"Yaxın Şərq böhranı hazırda olduqca önəmli bir mərhələyə qədəm qoyub. Bu münaqişənin Yaxın Şərqdə yeni düzənin yaradılması istiqamətində başladılmış bir proses olduğu müşahidə edilir. Təbii ki, Yaxın Şərqdə yeni düzənin qurulmasında Amerika Birləşmiş Ştatlarında maraqları var. Ona görə də Yaxın Şərq böhranının dayandırılmasına yönəlik hər hansı bir beynəlxalq cəhdlərin Amerika Birləşmiş Ştatları tərəfindən müqavimətlə qarşılanması qətiyyən təəccüblü deyil. Çünki dünyanın istənilən bölgəsində münaqişə varsa, deməli, orada Amerika Birləşmiş Ştatlarının da maraqları var. O baxımdan hesab etmək olar ki, Yaxın Şərq böhranın mövcudluğunda və davamında ABŞ da iştirakçı dövlətlərin sırasındadır. Bu səbəbdən də ABŞ-nin veto qərarı qətiyyən təəccüblü deyil".

Yəqin ki, ABŞ gələcəkdə də eyni mövqeni davam etdirməkdə israrlı olacaq və bu baxımdan Yaxın Şərq böhranının indiki situasiyada yekunlaşma ehtimalı o qədər də inandırıcı görünmür. Bu böhranın bu münaqişənin sona çatması üçün Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq böhranına yanaşma tərzinin dəyişməsi olduqca vacibdir. Hələlik isə belə bir dəyişmə ehtimalı müşahidə olunmur, ehtimal olunmur. Bu baxımdan baş verənlər tamamilə ABŞ ın maraqları çərçivəsində cərəyan etmiş kimi görünür.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il