17 Avqust 1999 zəlzələsinin izləri dənizin altında
17 Avqust 1999-cu ildə baş verən Mərmərə zəlzələsinin fəsadları üstündən 27 il keçməsinə baxmayaraq, hələ də dənizin altında qalmaqdadır. Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda zəlzələ zamanı su altında qalan tikililər və əşyalar dalğıclar tərəfindən görüntülənib.
Crossmedia.az xəbər verir ki, episentri Kocaelinin Gölcük rayonunda yerləşən və 7,4 maqnitudalı zəlzələdən sonra Değirmendere sahilində otel, bərə körpüsü, çay bağı və bəzi evlərin su altında qalması nəticəsində yaranan ərazi hazırda dalğıcların istifadə etdiyi məkanlardan biridir.
Değirmendere sahilindən təxminən 180 metr aralıda yerləşən və 18-55 metr dərinliyə qədər uzanan ərazidə zəlzələ zamanı kökündən çıxmış çinar ağacları, çay bağına məxsus çətirlər, küçə işıqları və səyyar satıcı köşklərinin qalıqları qorunub.
Kocaeli Böyükşəhər Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinə bağlı dalğıclar və Değirmendere Sualtı Birliyinin (DESSAT) üzvləri ərazidə dalış edərək illərdir su altında qalan tikili qalıqlarını görüntüləyiblər.
06:40 17.08.2026
Oxunuş sayı: 62