Ermənistan və Ukrayna arasında yeni mərhələ: Kiyevdə mühüm görüş keçirilib
Ermənistan xarici işlər nazirinin müvəqqəti müavini Vaan Kostanyan Kiyevə işgüzar səfəri çərçivəsində Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko ilə görüş keçirib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə olunub.
Tərəflər siyasi dialoqun aktivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Görüş Ermənistan-Ukrayna münasibətlərinin inkişafı istiqamətində müzakirələrin davamı kimi qiymətləndirilir.
21:26 14.08.2026
Oxunuş sayı: 50