Vuçiç: Serbiya NATO-ya qoşulmayacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin Şimali Atlantika Alyansına (NATO) üzv olmaq niyyətində olmadığını yenidən bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Vuçiç bildirib ki, bir tərəfdə NATO üzvü olan Monteneqro, digər tərəfdə isə alyansa qoşulmayacaq Serbiya yerləşir. Onun sözlərinə görə, Monteneqro Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Serbiya isə belə addım atmayıb.
Serbiya lideri bu açıqlamanı Expo-2027 sərgisi üçün tikilən obyektlərə baxışı zamanı jurnalistlərə verib.
Vuçiç qeyd edib ki, Belqrad hərbi neytrallıq siyasətini davam etdirəcək, eyni zamanda NATO ilə əməkdaşlığı qoruyacaq. Serbiya uzun müddətdir NATO-ya üzv olmaq əvəzinə hərbi neytrallıq xəttini seçdiyini açıqlayır.
Bundan əvvəl, iyunun 10-da Vuçiç Avropadakı NATO qüvvələrinin baş komandanı Aleksus Qrinkeviçlə görüşdən sonra da Serbiyanın hərbi neytrallığını qoruyacağını bildirmişdi.
21:20 14.08.2026
Oxunuş sayı: 42