Rusiya XİN-dən Avropaya tənqid: Niyə susurlar?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna millətçisi Yevgeni Konovaletsin xatirəsinə həsr olunan mərasimlə bağlı Qərb ölkələrini tənqid edib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Zaxarova bildirib ki, Avropanın mərkəzində keçirilən bu tədbirə Qərb ölkələrinin insan hüquqları müdafiəçilərinin susduğunu iddia edib.
“Bütün qərbli hüquq müdafiəçiləri ordusu susur”, – deyə Rusiya XİN nümayəndəsi bildirib və tədbiri nasist mərasimi adlandırıb.
Bundan əvvəl Ukrayna Milli Millətçilər Təşkilatının rəhbəri olmuş Yevgeni Konovaletsin qalıqlarının Ukraynaya gətirildiyi barədə məlumat yayılmışdı. “Binnenlands Bestuur” qəzeti isə Ukraynanın Niderlanddakı səfirliyinin Konovaletsin qalıqlarının yenidən dəfn olunması üçün Rotterdam meriyasına müraciət etdiyini yazmışdı.
Qeyd edək ki, Konovaletsin fəaliyyəti və təşkilatın İkinci Dünya müharibəsi dövründəki rolu müxtəlif ölkələrdə tarixçilər arasında mübahisəli mövzu olaraq qalır. Rusiya isə təşkilatı ekstremist təşkilat kimi tanıyıb və fəaliyyətini qadağan edib.
21:34 14.08.2026
Oxunuş sayı: 48