Zəngəzur dəhlizi müzakirəsində yeni bəyanat: Hərbi baza olmayacaq
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyasının deputatı Sarkis Xandanyan bildirib ki, “Tramp marşrutu” layihəsi ölkədə xarici təhlükəsizlik qüvvələrinin mövcudluğunu nəzərdə tutmur.
Crossmedia.az bu barədə ˝Sputnik armania˝ya istinadən xəbər verir.
Xandanyanın sözlərinə görə, TRIPP (Tramp marşrutu) ərazi və ya hərbi baza deyil, yalnız infrastruktur layihəsidir.
Deputat qeyd edib ki, marşrutun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün funksiyalar Ermənistanın müvafiq dövlət qurumlarına həvalə olunacaq.
O, bu fikirləri parlamentdə Xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı səsləndirib.
20:40 14.08.2026
Oxunuş sayı: 48