Türkiyədə turistlərlə bağlı yayılan xəbərə rəsmi cavab: Müraciət daxil olmayıb
Rusiyanın Antalyadakı Baş konsulluğu Alanya şəhərində yerləşən hoteldə rusiyalı turistlərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı yayılan məlumatları təsdiqləməyib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Diplomatik nümayəndəlik bildirib ki, bu məsələ ilə bağlı konsulluğa heç bir müraciət daxil olmayıb.
Daha əvvəl “Baza” Telegram kanalı məlumat yaymışdı ki, Avsallar şəhərində yerləşən Rubi Platinum Sign hotelində qalan rusiyalı turistlər istridyədən zəhərləniblər. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
19:24 14.08.2026
Oxunuş sayı: 47