Lavrov: Türkiyə Aİ-yə heç vaxt qəbul edilməyəcək
Rusiya inanır ki, Türkiyə Avropa İttifaqı (Aİ) ilə münasibətlər qurmaq istəsə də, ölkənin dərinlikdə Aİ-yə heç vaxt qəbul edilməyəcəyini anladığını düşünür.
Crossmedia.az “Vesti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Türkiyə həm NATO-nun ən böyük ordusuna malik ölkə kimi alyansın üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətlərə sahib olmaq istəyir. Baxmayaraq ki, dərinlikdə o, heç vaxt Aİ-yə qəbul edilməyəcəyini anlayır”, – deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, Ankara eyni zamanda həm NATO daxilində rolunu qorumağa, həm də Avropa ilə əlaqələrini inkişaf etdirməyə çalışır.
22:15 14.08.2026
Oxunuş sayı: 51