Xarici ticarətin gömrük statistikasının məlumatları Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq
Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq.
Crossmedia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Hazırda Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Statistika Komitəsinə təqdim olunur.
Beləliklə, bu siyahıya Kənd Təsərrüfatı Nazirliyi də əlavə edilir.
13:09 14.08.2026
Oxunuş sayı: 44