Mask geri addım atdı - Polşa yenidən Avropa zonasına qaytarılıb
Starlink Polşanı ümumi Avropa rouminq zonasına geri qaytarıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın keçmiş rəqəmsallaşma naziri Yanuz Tseşinski məlumat verib.
Məlumatı hazırkı rəqəmsallaşma naziri Kşiştof Qavkovski və xarici işlər naziri Radek Sikorski də təsdiqləyiblər.
Sikorski İlon Maska təşəkkür edərək bildirib ki, Polşa Avropa İttifaqının üzvü kimi ayrı-seçkiliyə məruz qalmamalıdır.
Qeyd edək ki, 2025-ci ilin martında Sikorski SpaceX-in etibarlı təchizatçı olmayacağı halda Varşavanın Starlink-ə alternativ axtara biləcəyini açıqlamışdı. Polşa Ukrayna üçün Starlink xidmətlərinin ödənişinə ildə təxminən 50 milyon dollar xərcləyir.
Münaqişə Starlink-in Polşanı Avropa rouminq zonasından çıxarması qərarından sonra yaranmışdı. Bundan sonra Sikorski Ukrayna üçün edilən ödənişlərin yenidən nəzərdən keçirilə biləcəyini bildirmişdi.
21:09 14.08.2026
Oxunuş sayı: 47