Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirin qalibi olublar
Çimərlik voleybolu üzrə Azərbaycan millisinin üzvləri İbrahim Məmmədov və Muhəmməd Aslanlı Türkiyədə təşkil olunan beynəlxalq turnirdə qızıl medal qazanıblar.
Crossmedia.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, onlar Tekirdağ şəhərində keçirilən və FIVB reytinq xalları qazandıran açıq çempionatda bütün rəqiblərinə qalib gəliblər.
16 komandanın mübarizə apardığı turnirdə Azərbaycanı İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə - Leyla Əliyeva dueti isə 16 komanda arasında 4-cü yeri tutub.
Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi altında milli üzvləri Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcək. Bu turnir Çatalca şəhərində keçiriləcək.
09:36 13.08.2026
Oxunuş sayı: 37